PSJ yayda “Mançester Yunayted”in vingeri Markus Reşfordu heyətinə qatmağa cəhd göstərə bilər.
İdmanxeber.az xəbər verir ki, Paris klubu Reşfordla uzun müddətdir maraqlanır.
Bildirilir ki, “Barselona” icarə müddəti başa çatdıqdan sonra futbolçunun 30 milyon avro dəyərində olan satınalma şərtini aktivləşdirə bilməsə, PSJ yayda transfer uğrunda mübarizəyə qoşulacaq.
Reşfordun özü isə Kataloniya klubunda qalmaq niyyətindədir. İngiltərəli vinger “Barselona” forması ilə bütün turnirlərdə 30 oyuna çıxıb, 8 qol vurub və 12 məhsuldar ötürmə edib.