EN

Netanyahunun bu fotosu viral oldu - Hamı səbəbi ilə maraqlanır

İsrailin Baş naziri Benyamin Netanyahunun sosial mediada yayılan fotosu dünya gündəmində geniş müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, onun avtomobilə mindiyi anda çəkilən fotosunda diqqət çəkən detal isə telefonunun kamerasının bantla bağlanmasıdır.

Sosial mediada qısa müddət ərzində viral olan foto izləyənlərdə bunun səbəbi ilə bağlı suallar yaradıb.

Mütəxəssislər bildirirlər ki, bu tədbir telefonun kamerası vasitəsilə vizual izləmənin və casusluğun qarşısını almaq məqsədilə görülüb. Bu addımın dövlət rəhbərlərinin şəxsi və strateji kommunikasiya təhlükəsizliyinə verdiyi önəmi göstərdiyini vurğulayırlar. Ekspertlərin fikrincə, xüsusilə casus proqramlar telefon kamerasını uzaqdan aktivləşdirə bildiyi üçün bu tip tədbirlər praktik, sadə və ucuz müdafiə üsulu kimi qiymətləndirilə bilər.


Telegram kanalımız
Chosen
34
1
yenisabah.az

2Sources