EN

Anar Quliyev rayon icra başçılarına "dur" deyə bilmir? - Maraqlı detallar

[center]Anar[/center]Bir neçə il əvvəl MTN generallarının işi üzrə istintaqda keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov verdiyi ifadə şok effekt vermişdi. "Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudovdan qorxurdum, ona görə də Mahmudov nə desə, onu da edirdim" deyən nazir Əli Abbasov vəzifədən çıxrıldı və dişsiz, qorxaq nazir olaraq yadda qaldı.

Bizimesr.az bildirir ki, o dövrlərdən bizi illər ayırır və əksəriyyət elə bilir ki, qorxan tək Əli Abbasov imiş və ya qorxudan tək Eldar Mahmudov, indi daha heç kim qorxmur...

Amma əslində elə görünümür.

Müəyyən faktların və baş verənlərin araşdırılması zamanı ortaya çıxan detallar, məntiq ardıcıllığı göstərir ki, bu gün də bəzi gənc məmurlar, bəzi yekəbuynuzlu məmurlardan və ya onların vəzifədə olan kadrlarından ehtiyyat edirlər. Əslində düz edirlər, çünki bu gənc və zəif məmurlar bilirlər ki, onlar barəsində hansısa addım atmaq belə iribuynuzlu məmurların əlində olduqca xırda məsələdir.

Bildiyimiz kimi, uzun illərdir Abşeron rayonunda sistemsiz tikinti işləri gedir. Torpaq alıb ev tikən kim, obyekt, hətta hündürmərtəbəli bina tikən kim... Bu proses əslində indi Sumqayıtın icra başçısı Zakir Fərəcovun dönəmində başçlamışdı, ondan sonra Fərəcovun kadrı olan icra başçısı İradə Gülməmmədova ilə davam etdi. Hazırda isə Abşeronun icra başçısı Abdin Fərxəliyevdir və sosial şəbəkələrdən, mediadan oxuduğumuz, gördüyümüz videolardan aydın olur ki, tikintilər super sürətlə davam edir.

Bu foto və videofaktların qarşısında maraqlı bir söz yazılır - "QANUNSUZ TİKİNTİ". Həqiqətən də gülməlidir, 2026-cı ildə, Bakı şəhərində qanunsuz tikinti mümkündürmü? Əlbəttə, xeyr. Bu gün Azərbaycanın ən ucqar dağ kəndində belə qanunsuz bir daşı daş üstünə qoya bilməzsən, qalmışdı Bakı şəhərində...

Elə isə bəs niyə "qanunsuz" yazılır? Gəlin bu böyük məntiqə əsaslanan sözü düz yerinə qoyaq - icazəsiz, yaxud icazəli.

Bəli, tikinti ya icazəli olmalıdır, ya da icazəsiz. İcazəli tikinti aidiyyatı olan bütün dövlət qurumlarından rəsmi icazə alınmaqla həyata keçirilməlidir, bütün infrastrukturlar gözlənilməli, kommunikasiya xəttlərinə mane olmamalı, işıq, su, qaz və bütün vacib hallar nəzərə alınmalı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yoxlanılmalı və təsdiqlənməlidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi barədə bir qədər sonra daha ətraflı yazacam.

Hələliksə, Abşeronda (digər rayonlar, Sabunçu, Qaradağ, Xətai və s.) davam edən tikintilərdən danışaq. Uzun illərdir mətbuat bu rayonlarda aparılan müxtəlif tikinti işlərindən yazır, video və fotolar paylaşır. Rayon rəhbərliyinin cavabı isə ürəyi istəyənə yalnız bu olur: "Araşdırıb deyərik..." Vəssalam...

Əcəba, rayon rəhbərliyi rayonda tikilən tikintidən xəbərsizdir? Əlbəttə, xeyr. Hansı daşı hansı usta neçə qoyur, ona qədər bilən icra başçıları və onların əlaltıları nəyinsə fərqinə varmadan davam edirlər. İcazəli tikinti nədən qarşısında böyük yük maşınları saxlanmaqla, gecə saatlarında, oğru kimi həyata keçirilməlidir? Deməli, icra hakimiyyətinin rəsmi şəxsləri, elə lap icra başçısı tikinti barədə öncədən xəbərdar olur, müəyyən detallar işlənir, plan qurulur, vəssalam.

Elə isə ortaya maraqlı suallar çıxır - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və onun rəhbərliyi niyə bu tikinti işlərini dayandıra bilmir? Axı, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti norma və qaydalarının pozulması, sənədləşmənin olmaması və ya şəhərsalma tələblərinə uyğunsuzluq aşkar etdikdə tikinti işlərinin dayandırılması barədə göstəriş verə və ya qadağa qoya bilər. Bu qurum şəhərsalma fəaliyyətinə dövlət nəzarətini həyata keçirir.

Ququmun səlahiyyətlərinə - tikinti obyektlərinin layihələrinə və icra vəziyyətinə nəzarət etmək, qanunsuz tikinti, layihədən kənara çıxma, sanitar-epidemioloji və ya təhlükəsizlik normalarının pozulması hallarında tikintini dayandırmaq, aşkar olunan pozuntularla bağlı müvafiq tədbirlər görmək hüququna malikdir.

Bəs niyə etmir? Qayıdaq məqalənin ilk cümləsinə "...qorxdum..."

Maraqlıdır, artıq 50 yaşına az qalan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri Anar Quliyev icazəsiz tikintilərə "icazə" verən icra başçılarından, həmçinin Abdin Fərxəliyevdən ehtiyyat edir? Yoxsa?

Əlindəki səlahiyyətlərdən istifadə etməklə insanların narahatlığına, şəhər infrastrukturuna, küçə, yol və ümumiyyətlə bütün qaydalara zidd olan tikintiləri dayandırmaq çətindirmi? Axı hər kəs, elə Anar Quliyev də əla bilir ki, tikintilərin əksəriyyəti icazəsiz, sənədiz və icra hakimiyyəti ilə razılaşdırılmış formada həyata keçirilir.

Bu günlərdə aldığımız məlumata görə, hansısa rəsmi tədbirdə Anar Quliyev axır ki, özündə cəsarət tapıb Abşeron rayon ərazisində icazəsiz tikintilərin sürətləndiyini deyib. Amma gedib bu tikintilərin fəaliyyətini dayandırmayıb. Yəqin ki, Abdin Fərxəliyevi də elə buna görə Prezident Administrasiyasına çağırıb izahat istəyiblər.

Məntiq və baş verənlər göstərir ki, bəzi gənc məmurlar rayon icra başçılarından, köhnə, imkanlı nazirlərdən çəkinir. Bu da idarəetmədə ciddi qüsurlar yaradır və inkişafa böyük təsir göstərir. Abşeronda isə icazəsiz "icazəli" tikintilər tüğyan edir.

Bizimesr.az

Chosen
19
yenisoz.az

1Sources