EN

Azərbaycanlı FİFA referisi UEFA-dan növbəti dəfə təyinat aldı

Bakı. Trend:

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfətəyinat alıb.

Trend qurumunsaytına istinadən xəbər verir ki, o, Avropa Liqasının Liqamərhələsinin 8-ci turunda keçiriləcək "Midtyülland" (Danimarka) -"Dinamo" (Zaqreb, Xorvatiya) matçın idarə edəcək.

E.Məsiyevə yan xətt hakimləri kimi Elşad Abdullayev və PərvinTalıbov köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını KamalUmudlu yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş yanvarın 29-u Mərkəzi Avropa vaxtıilə saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 30-u, saat 00:00-dabaşlanacaq.

Xatırladaq ki, E.Məsiyev daha əvvəl Avroliqada 6-cı turun"Frayburq" (Almaniya) - "Zalsburq" (Avstriya) matçını idarəetmişdi.

Məqalədə:
Chosen
104
az.trend.az

1Sources