EN

Ayaz Quliyev rəsmən “Arsenal”da! – ARENA.AZ

Ötən gün “Sabah” klubundan azad agent kimi ayrılmış Ayaz Quliyev bundan sonra Rusiyanın “Arsenal” klubunun uğurları üçün çalışacaq.

Arena.az bu barədə Tula təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

29 yaşlı yarımmüdafiəçi köhnə-yeni klubu ilə 2027-ci ilin 30 iyununa qədər anlaşıb.

Xatırladaq ki, Quliyev daha əvvəl 2021/2022-ci illər mövsümündə də “Arsenal”da çıxış edib və 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Arsenal” hazırda Rusiya Birinci Liqasında 28 xalla 10-cu yerdə qərarlaşıb.

Quliyev 2023-cü ildən “Sabah”da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib, 1 qol vurub, 4 məhsuldar ötürmə müəllifi olub.

Quliyevin Rusiyanın “Arsenal” klubuna keçəcəyi gözlənilir.

Ayaz Quliyev Moskva “Spartak”ının yetirməsidir və U-19 səviyyəsində Rusiya yığmasının heyətində Avropa çempionu olub. O, həmçinin Rusiya U-21 millisinin də oyunçusu olub.

Quliyev vaxtilə Moskva “Spartak”ının həm əvəzedici, həm də əsas komandasında (2013-2017, 2018-2020) forma geyinib, həmçinin Rusiyanın “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22), “Ximki” (2022-2023) klublarında çıxış edib. Ayaz “Sabah”a 2023-cü ilin avqust ayında Rusiyanın “Ximki” klubundan keçmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
69
8
arena.az

10Sources