EN

Almaniyada bu məlumatı verən vətəndaşa 1 milyon avro mükafat veriləcək



Almaniyanın paytaxtı Berlində təxminən 100.000 insanı günlərlə elektriksiz qoyan hücuma səbəb olan konkret məlumat verənlərə 1 milyon avro mükafat təklif ediləcəyi bildirilib.

Newscenter.az bildirir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, daxili dşlər naziri İris Spranger elektrik kabellərinə edilən hücumla bağlı konkret məlumat üçün 1 milyon avro mükafat təklif etdiyi xəbərini təsdiqləyib və federal hökumətin bu məbləği uyğun hesab etdiyini deyib.

Spranger belə yüksək məbləğin müstəsna olduğunu qeyd edərək bildirib:

"Bu, birdəfəlik hadisədir. Federal hökumətin əvvəllər bu miqyasda və bu vəziyyətdə belə bir şey etdiyini xatırlamıram".

Spranger bildirib ki, yüksək mükafat məbləği 3 yanvarda baş verən yanğın hadisəsinə işıq salmaq və cinayətkarların şəxsiyyətini müəyyən etməyə imkan verən məlumat əldə etmək üçün nəzərdə tutulub. Nazir məlum hücumu terror aktı adlandırıb.

Qeyd edək ki, 3 yanvarda Berlində elektrik xətlərinə edilən hücumdan sonra şəhərin cənub-qərbində təxminən 100.000 insan İkinci Dünya Müharibəsindən bəri ən uzun elektrik kəsintilərindən birini yaşayıb və təxminən 50.000 ev təsərrüfatı günlərlə elektrik və istiliksiz qalıb.

Anar
Chosen
13
newscenter.az

1Sources