EN

Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Pakistanın MUSLİM İnstitutu ilə əməkdaşlıq edəcək

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 27 yanvar, AZƏRTAC

Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun rəhbəri, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlinin rəhbərlik etdiyi nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildirilib ki, qonaqlar muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüblər.

Görüş zamanı Azərbaycanla Pakistan arasında mövcud elmi-mədəni əlaqələrdən, dostluq və qardaşlıq münasibətlərindən bəhs olunub, əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Pakistanın MUSLİM İnstitutu arasında mədəni-elmi əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sonra pakistanlı qonaqlar Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri Nailə Əliyevanın təqdimatı ilə muzeyin ekspozisiyası ilə tanış olublar.

Onlara Azərbaycan ədəbiyyatının klassik irsi, xüsusilə Nizami Gəncəvinin Şərq və İslam dünyası mədəniyyətində tutduğu mövqe haqqında ətraflı məlumat verilib.

Sonda muzeyin rəylər və təəssüratlar kitabında qeydlər edən Sahibzadə Sultan Əhməd Əli Azərbaycanın gözəlliyindən, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıqdan, xalqımızın qonaqpərvərliyindən söz açaraq, zəngin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə yaxından tanışlıqdan məmnunluğunu bildirib. O, burada gördüyü hər şeyin yaddaşında silinməz izlər buraxdığını vurğulayaraq, Pakistan və Azərbaycan arasında həqiqi dostluğunun və qardaşlığın əbədi olmasını diləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
3
azertag.az

4Sources