EN

Gürcüstanın keçmiş səhiyyə nazir müavini qanunsuz tenderdə ittiham olunur

Gürcüstanın keçmiş səhiyyə nazir müavini qanunsuz tenderdə ittiham olunur.

News365.az xəbər verir ki, Gürcüstanın səhiyyə nazirinin keçmiş müavini İlya Quduşauri vəzifə səlahiyyətlərini sui-istifadə etməkdə ittiham edilir.

İstintaq orqanlarının məlumatına görə, 2022-ci ildə Quduşauri təcili tibbi yardım maşınlarının alınması üçün keçirilən tenderi qanunsuz şəkildə ləğv edib. Növbəti il, 2023-cü ildə isə onun göstərişi ilə yeni tender elan olunub, lakin şərtlər öncədən seçilmiş şirkət üçün uyğunlaşdırıldığından digər iştirakçılar prosesə qoşula bilməyib.

Nəticədə Səhiyyə Nazirliyi dövlət büdcəsindən 2,1 milyon lari ayıraraq qanunsuz ödəniş edib və bununla da dövlətin maraqlarına ciddi zərər vurulub.

İstintaq hələ də davam edir və Quduşaurinin məsuliyyətə cəlb olunacağı gözlənilir.

News365.az

Chosen
38
news365.az

1Sources