EN

Səssiz reaksiyaları ona milyonlar qazandırdı - Khaby Lamenin yeni işi

Demək olar ki, heç vaxt danışmayan Khaby Lame buna baxmayaraq, dünyanın ən çox qazanan kontent yaradıcılarından biri olaraq qalır.

"Unikal" xəbər verir ki, "TikTok"da səssiz reaksiyaları ilə məşhurlaşan Lamenin hər paylaşımı ona böyük gəlir gətirir.

Son olaraq "Rich Sparkle Holdings" şirkəti Lame ilə əlaqəli olan "Step Distinctive Limited" şirkətini 975 milyon dollara satın aldığını elan edib. Bu razılaşma kontent yaradıcısının şəxsi brendi ilə bağlı indiyə qədərki ən iri sövdələşmələrdən biri sayılır.

Şirkət rəhbərliyi  Khaby Lameni sadəcə sosial media fenomeni deyil, gələcəkdə illik 4 milyard dollara qədər gəlir gətirə biləcək uzunmüddətli bir brend kimi qiymətləndirir. Müqaviləyə əsasən, Lame şirkətdə nəzarət paketinə sahib əsas səhmdar olacaq.

Razılaşmada diqqət çəkən məqamlardan biri də süni intellektə əsaslanan “AI Digital Twin” layihəsidir. Bu layihə çərçivəsində Lamenin üz və səs identifikasiyası, eləcə də davranış modelləri əsasında rəqəmsal “əkiz”i yaradılacaq. Bu isə müxtəlif dillərdə kontent istehsalına və fərqli vaxt qurşaqlarında 24 saatlıq virtual fəaliyyətə imkan verəcək.

Qeyd edək ki, senegal əsilli italiyalı "TikTok" ulduzu pandemiya dövründə zavoddakı işini itirdikdən sonra videoları ilə qısa zamanda dünya miqyasında məşhurlaşıb.  Khaby Lame daha əvvəl verdiyi müsahibələrdə videolarda danışmama səbəbini sadəlik və universal anlaşılma istəyi ilə izah edib.

Gülayə Mecid 

Chosen
3
1
unikal.az

2Sources