EN

Polisi nokauta salan həmyerlimiz HAKİM QARŞISINDA

Sankt-Peterburqda yol polisi əməkdaşına hücum edən Azərbaycan vətəndaşı həbs edilib.

Bizim.Media xəbər verir ki, Sankt-Peterburqun Krasnoqvardeysk Rayon Məhkəməsi 33 yaşlı Azərbaycan vətəndaşı Mirtohid Həsənovu yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma apararkən yol polisi əməkdaşına hücum etdiyinə görə iki ay müddətinə həbs edib.

Bir neçə gün öncə "Volkswagen Polo" markalı avtomobil dayanmış "Mercedes"ə çırpılıb. "Mersedes"in sərnişini olan Azərbaycan vətəndaşı "Polo"nun ön şüşəsini yumruğu ilə sındırıb və sonra qəza ilə bağlı araşdırma aparan yol polisi əməkdaşını yumruq zərbələri ilə yerə yıxıb.

Zərərçəkən polisə beyin silkələnməsi, göz yuvasının sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyulub. (Modern.az)

Bizim.Media

Chosen
10
1
bizim.media

2Sources