Azərbaycanın ümumittifaq dərəcəli voleybol hakimi Rafiq Ağayev vəfat edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası (AVF) məlumat yayıb.
Beynəlxalq dərəcəli hakim Fuad Ağayevin atası, SSRİ-nin ən yaxşı hakimlərindən biri olmuş, ittifaq və Azərbaycan çempionatlarını idarə etmiş mütəxəssisin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyi bildirilib.
"Cebheinfo.az"