Bakı. Trend:
İngiltərənin "Mançester Yunayted" klubunun heyətində ciddi itkibaş verib.
Trend xəbərverir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Patrik Dorqu sıradançıxıb.
Danimarkalı futbolçu Premyer Liqanın 23-cü turunun "Arsenal"lamatçında (3:2) bud əzələsindən zədə alıb. 21 yaşlı sol cinahmüdafiəçisi təxminən 10 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Mançester Yunayted" Patrik Dorqunu 2025-ci ilinfevralında "Leççe"dən 30 milyon avroya transfer edib.