"Neftçi" futbolçusu Rza Cəfərov ilə müqaviləni uzadıb.
"Football-plus.az" xəbər verir ki, yeni sözləşmənin müddəti 2027/28 mövsümünün sonunadək nəzərdə tutulub. Ardınca 22 yaşlı qapıçı hər hansı bir satınalma şərti olmadan bu mövsümün sonunadək “Qəbələ”yə icarəyə verilib.
2022/23 mövsümündən "Neftçi"nin əsas komandasında çıxış edən gənc qolkiper bu müddət ərzində 63 rəsmi oyuna çıxıb.