"Avroviziya 2014" təmsilçilərimizdən Dilarə Kazımovanın yenidən müsabiqəyə qatılacağı iddia edilib.
Müğənni iddialara "İncə səhər" verilişində cavab verib.
Sənətçi Yunanıstandan yarışmaya dəvət alması məsələsinə belə aydınlıq gətirib:
"Mənim yarışmaya qatıldığım dövrdə Yunanıstan komandası məndən çox razı qalmışdı və mahnım da ən çox sevilənlərdən idi. Mənim tutduğum yer onları çox məyus etmişdi. Mən yarışmadan sonra o mahnını oxumamışam. Yeniləyib, aranjeman edibbir daha bu yaxınlarda oxuyacağam. Sabah da həmin komanda ilə görüşüm var. Danışıqalar gedir. Amma Yunanıstanı yox, elə Azərbaycanı təmsil etmək istəyərəm".