EN

Zelenski Ukraynanın bir il ərzində Aİ-yə qoşulmasını istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 2027-ci ilədək Avropa Birliyinə qoşulmasını tələb edib.

Missiya.Az "Lenta"ya itsinadən xəbər verir ki, o, bunu Avstriya kansleri Kristian Stokkerlə söhbətindən sonra Telegram kanalında yazıb.

“Ukraynanın Avropa İttifaqına daxil olması təkcə bizim üçün deyil, bütün Avropa üçün təhlükəsizliyin əsas qarantıdır. Axı, Avropanın ümumi gücü qismən Ukraynanın təhlükəsizlik, texnoloji və iqtisadi töhfələri sayəsində mümkündür. Buna görə də biz konkret bir tarixdən - 2027-ci ildən danışırıq və tərəfdaşlarımızın mövqeyimizə dəstəyinə ümid edirik”, - deyə o qeyd edib.

İlahə Qənbərli

Missiya.Az

Chosen
7
missiya.az

1Sources