EN

Avropa İttifaqı Hindistanda milli azlıqların hüquqlarını diqqətdə saxlayır

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Avropa İttifaqı (Aİ) insan hüquqları, eləcə də milli azlıqların hüquqları məsələlərinə sadiq qalmaqda davam edir. Bu həm də bu gün Aİ-nin bir sıra əməkdaşlıq sənədləri imzaladığı Hindistana da aiddir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ mətbuat xidmətinin rəhbəri Paula Pinyo ittifaqın Hindistanda azlıqların hüquqları ilə bağlı narahatlığı barədə sualı cavablandırarkən bildirib.

"Aİ bütün ölkələrdə olduğu kimi, Hindistanda da insan hüquqları vəziyyətini diqqətlə izləyir. Biz Hindistan hakimiyyəti və vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqə saxlayırıq", - deyə o qeyd edib.

Pinyo bildirib ki, bu cür məsələlərin müzakirəsi üçün əsas platforma Aİ-Hindistan İnsan Hüquqları Dialoqu olub.

Onun sözlərinə görə, bu çərçivədə sonuncu görüş 2025-ci ilin yanvarında keçirilib, növbəti görüş isə bu ilin aprel-may aylarında planlaşdırılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
2
cebheinfo.az

3Sources