EN

“Azərsun Holdinq” Dubayda Gulfood-2026 sərgisində iştirak edir

Ajans.az xəbər verir ki, sərgi müddətində ziyarətçilər “Azərsun Holdinq”ə məxsus çay, şokolad, müxtəlif konservləşdirilmiş qida məhsulları, yağlar və digər ərzaqlarla tanış olurlar. Eyni zamanda stenddə qonaqlara “Saville” markalı nar şirəsi və kompotlar da təqdim edilir. 35 illik fəaliyyəti dövründə onlarla yerli brend formalaşdıran “Azərsun Holdinq” Azərbaycanın ixrac imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayır. Yerli xammal əsasında istehsal olunan bu məhsullar beynəlxalq bazarlarda ölkəmizi uğurla təmsil edərək “Made in Azerbaijan” adını qürurla daşıyır.

Chosen
77
14
Ajans.az

10Sources