Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.
Azia.az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident müvafiq sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təçkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazirin müavini vəzifəsinə irəli çəkiliblər.
Xatırladaq ki, Prezident İlham Əliyev dünən "Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.