EN

“Mançester Yunayted”də ciddi itki – 10 həftə yoxdur

“Mançester Yunayted”in yarımmüdafiəçisi Patrik Dorqu zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

İdmanxeber.az xəbər verir ki, danimarkalı futbolçu budun arxa əzələsindən aldığı zədə üzündən təxminən 10 həftə oynaya bilməyəcək. O, “Arsenal”la oyunda qol vurmasına baxmayaraq, sonradan zədə səbəbindən əvəzlənib.

Dorqunun aprelin əvvəlində, ən geci isə 11 aprel tarixində “Lids”lə matça qədər meydana qayıtması mümkündür.

Chosen
20
idmanxeber.az

1Sources