EN

Britaniya Baş naziri Starmer səkkiz ildən sonra Çinə rəsmi səfər edəcək

Böyük Britaniyanın Baş naziri Keir Starmer, ABŞ prezidenti Donald Trampın tarif siyasəti və birtərəfli siyasi hərəkətləri ilə Qərb müttəfiqlərini uzaqlaşdırdığı bir vaxtda Qərb alyansının geosiyasi rəqibi olan Çinə rəsmi səfər edəcək.

Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakukun Pekində keçirilən müntəzəm mətbuat konfransında Baş nazir Starmerin Çin Baş naziri Li Qianqın dəvəti ilə 28-31 yanvar tarixlərində Çinə səfər edəcəyini açıqladı. Beləliklə, Böyük Britaniya tərəfindən əvvəllər elan edilən səfər Çinin bəyanatı ilə təsdiqləndi.

Starmer səkkiz ildən sonra Çinə səfər edən ilk Britaniya baş naziri olacaq. Sonuncu dəfə ölkəyə 2018-ci ildə səfər edən keçmiş Baş nazir Tereza Mey olub.

Britaniya Baş naziri səfəri zamanı həm son illərdə gərginləşən iki ölkə arasında iqtisadi münasibətləri normallaşdırmağı, həm də gücləndirməyi, ABŞ Prezidenti Trampın Avropanı Rusiya-Ukrayna müharibəsindən kənarlaşdırma mövqeyinin, Qrenlandiyanın ilhaqının və Kanadanı ölkəsinə daxil etmək üçün revizionist tələblərinin Qərb ittifaqını sarsıtdığı bir vaxtda siyasi münasibətləri yeni kontekstdə yenidən qiymətləndirməyi hədəfləyir.

Uzun müddətdir ki, ABŞ-ın Çinə qarşı gündəmini izləyən və Amerikanın geosiyasi maraqları ilə yanaşı böyük dövlətlərin rəqabətində mövqe tutan Britaniya indi Trampın siyasətinin yenidən formalaşdırdığı qlobal uyğunlaşmalarda öz kursunu müəyyənləşdirməyə çalışır.

Aytən Yaşar/ Turkustan.az

Chosen
35
turkustan.az

1Sources