
Deputat Pərvanə Vəliyeva 161 ölkədən, 3000-dən çox parlamentarinin təmsil olunduğu Qlobal Koalisiyaya həm-sədr seçilib.
Gender.Az xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva Qlobal Vərəm Koalisiyanın Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə növbəti 4 il üçün həm-sədri seçilib.
Koalisiyanın rəhbərliyi sözügedən təyinatı təsdiq edib.
Şərqi Avropa və Mərkəzi Asiya regionuna Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan daxildir.
Qlobal Vərəm Koalisiyası parlamentarilərin vərəmlə mübarizə üzrə beynəlxalq platformasıdır və 161 ölkədən 3000-dən çox parlamentarini bir araya gətirərək vərəmin aradan qaldırılmasında deputatların fəal rolunu təşviq edir. Təmsil olunan parlamentarilər ölkə parlamentlərinin səhiyyə komissiyalarının üzvləridir.