EN

Qəbələ sakini evdə ölü vəziyyətdə tapılıb

Qəbələ, 27 yanvar, Rasim İslamoğlu, AZƏRTAC

Qəbələ rayon sakini, 46 yaşlı Bəhruz Baxşəliyev kirayə qaldığı evdə ölü vəziyyətdə tapılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Zarağan qəsəbəsi ərazisindəki hərbi şəhərcikdə baş verib.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə təhvil verib. İlkin müayinələr zamanı meyitin üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
16
5
azertag.az

7Sources