EN

İranın yaxınlığında böyük bir armadamız var – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp 26 yanvarda “Axios”a verdiyi müsahibədə İranın Vaşinqtonla razılığa gəlməkdə maraqlı olduğunu bildirib. “Onlar razılığa gəlmək istəyirlər.

Mən bunu bilirəm. Dəfələrlə zəng ediblər. Danışmaq istəyirlər”, – deyə Ağ Ev rəhbəri bildirib.
Tramp İrandakı vəziyyətə diplomatik həllin mümkün olduğunu vurğulayıb. Eyni zamanda, o, İran yaxınlığındakı Amerika hərbi qüvvələrinin artıq ABŞ-ın Venesuela sahillərində yaratdığı qüvvələrin sayını üstələdiyini deyib. “İranın yaxınlığında böyük bir armadamız var”, – deyə ABŞ prezidenti bildirib.

“Axios” qeyd edir ki, Trampın müsahibəsindən bir neçə saat sonra bir amerikalı rəsmi jurnalistlərə Ağ Evin İranla “danışıqlara açıq” olduğunu təkrarlayıb. Nəşr yazır ki, Trampın yaxın çevrəsinin bəzi üzvləri etirazçılara kömək edəcəyinə və rejimi hərbi əməliyyatlarla cəzalandıracağına söz verdikdən sonra onu “qırmızı xəttinə” riayət etməyə çağırıblar.

//Samir Qurbanov, Editor.az

Chosen
19
50
editor.az

10Sources