EN

Böyük Britaniyanın Baş naziri : ABŞ və Çin arasında seçim etmək məcburiyyətində qalmayacağıq



Böyük Britaniyanın Baş naziri Keir Starmer ölkəsinin ABŞ və Çin arasında seçim etmək məcburiyyətində qalmayacağını və bu həftə Çinə səfərindən əvvəl Britaniya şirkətləri üçün əhəmiyyətli imkanların olduğunu bildirib.Starmer, Dauninq küçəsi, 10 ünvanında Bloomberg-ə verdiyi müsahibədə, Çinlə münasibətlərin gücləndirilməsinin Britaniyanın ən yaxın müttəfiqlərinin hesabına olacağı fikrini rədd etdi.

Baş nazir Starmer dedi: “Məndən tez-tez ölkələr arasında seçim etməyim istənilir. Mən bunu etmirəm. Yadımdadır, ABŞ ilə ticarət sazişi üzrə danışıqlar apararkən hamı mənə ABŞ və Avropa arasında seçim etməli olduğumu dedi. Mən də dedim ki, “Mən bu seçimi etməyəcəyəm”.Keir Starmer, Çin prezidenti Si Cinpinlə Trampı qəzəbləndirmədən və ya ABŞ ilə münasibətlərə xələl gətirmədən görüşməyin mümkün olduğunu bildirib və onun iki ölkə arasında "mübadilə" etməli olacağı fikrini rədd edib.

Starmer həmçinin ötən həftə Davosda kiçik ölkələri "böyük güclər arasında yeni rəqabət dövründə" yaşamaq üçün birləşməyə çağıran Kanada Baş naziri Mark Karninin mesajını təkrarlamaq istəmədiyini də bildirib.

Starmer şərhində deyib: "ABŞ ilə çox yaxın münasibətlərimiz var. Əlbəttə ki, biz bunu istəyirik və bu münasibəti həm ticarətdə, həm də təhlükəsizlik və müdafiədə qoruyub saxlayacağıq".

Digər tərəfdən, Starmer dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çini görməməzlikdən gəlməyin və oradakı biznes imkanlarını görməməzliyə vurmağın məntiqli olmayacağını qeyd edib.

aia.az
Tərcümə şöbəsi



Chosen
9
aia.az

1Sources