EN

Rumıniyada mikroavtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb

Bakı. Trend:

Rumıniyada PAOK futbol klubunun azarkeşlərini daşıyanmikroavtobus yük maşını ilə toqquşub.

Trend xəbər verirki, qəza nəticəsində yeddi azarkeş həlak olub, üç nəfər isəmüxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, mikroavtobus Avropa Liqasının 8-ci turuçərçivəsində PAOK-un “Lion”la oyunu üçün Yunanıstandan Rumıniyaərazisindən keçməklə Fransaya doğru hərəkət edirmiş. Qəza günərzində DN6-E70 avtomobil yolunda baş verib.

İlkin məlumatlara əsasən, mikroavtobus ötmə əməliyyatı həyatakeçirmək istəyib, lakin öz hərəkət zolağına qayıtmadan qarşıdangələn, spirtli içkilər daşıyan yük maşını ilə toqquşub. Zərbənintəsirindən mikroavtobus yolun kənarına çıxıb.

Yunanıstan Xarici İşlər Nazirliyi dərhal ölkənin Buxarestdəkisəfirliyinə və konsulluq şöbəsinə Yunanıstan vətəndaşlarına vəonların ailələrinə bütün zəruri yardımın göstərilməsi barədəgöstəriş verib. Səfirliyin xüsusi qrupu hadisə yerinə vəyaralıların yerləşdirildiyi xəstəxanalara göndərilir.

Chosen
34
az.trend.az

1Sources