EN

Yasamalda qadın döyüldü — MƏHKƏMƏ

Bakının Yasamal rayonunda 32 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib. 

KONKRET.az xəbər verir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Vasif Əliyev küçəsində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Fəqan yaşadığı fərdi tikilidə arvadı Süsən (adlar şərtidir – red.) mübahisə edib. O, Süsənlə aralarında şəxsi münasibətlərinin pozulması zəminində yaranmış mübahisə zamanı baş və sağ baldır nahiyyəsindən qəsdən əli ilə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Fəqanın barəsində olan iş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və həbsdən azad edilib.

Chosen
1
1
konkret.az

2Sources