EN

Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü

Xarici işlər naziri Sergey Lavrov yanvarın 27-də Moskvada Rusiyada akkreditə olunmuş MDB dövlətlərinin səfirləri ilə ənənəvi görüş keçirib.

Publika.az Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib. Tədbirdə, həmçinin MDB-nin Baş katibi Sergey Lebedev və Avrasiya inteqrasiya strukturlarının icra orqanlarının rəhbərləri də yer alıblar.

Görüş zamanı iştirakçılar aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, ötən il ərzində Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrini yekunlaşdırıb, eləcə də yaxın perspektiv üçün vəzifə və fəaliyyət istiqamətlərini müəyyən ediblər.

Chosen
26
2
publika.az

3Sources