EN

Dollar indeksi 2022-ci ildən bəri ilk dəfə 96,2 bənddən aşağı düşüb

Bakı. Trend:

Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanıABŞ dollarının əsas dünya valyutalarına qarşı məzənnə dinamikasınıəks etdirən dollar indeksi 96,2 bəndlik həddən aşağı enib.

Trend xəbər verirki, ticarət məlumatlarına əsasən, bu göstərici 23 fevral 2022-ciildən bəri ilk dəfə qeydə alınıb.

Bakı vaxtı ilə saat 20:38-ə olan məlumata görə, dollar indeksi0,91 faiz azalaraq 96,175 bənd təşkil edib. Saat 21:08-ə doğru isəazalma tempi bir qədər zəifləyib və indeks 96,229 bənd (-0,85 faiz)səviyyəsində qərarlaşıb.

Qeyd edək ki, dollar indeksi ABŞ valyutasının altı əsas xaricivalyutadan ibarət səbətə – avro, yen, funt sterlinq, Kanadadolları, İsveç kronu və İsveçrə frankına qarşı nisbətini əksetdirir. İndeksin yüksəlməsi dolların bu valyutalara qarşımöhkəmlənməsi, azalması isə zəifləməsi kimi qiymətləndirilir.

Chosen
103
6
az.trend.az

10Sources