BAKI, 27 yanvar. TELEQRAF
“Dünyanın ən əfsanəvi stadionlarından birində çox çətin bir rəqibə qarşı oynayacağıq”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Marko Yankoviç İngiltərədə “Liverpul”la keçiriləcək UEFA Çempionlar Liqası oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.
“Burada olduğumuz üçün çox xoşbəxtik. Meydanda ən yaxşı oyunumuzu nümayiş etdirməyə çalışacağıq. Səfərdə oynayacağımıza baxmayaraq, Bakıya yaxşı nəticə ilə qayıtmaq niyyətindəyik”, - deyə Yankoviç bildirib.
Qeyd edək ki, “Liverpul” — “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.