EN

“Uyğun ixtisas seçənlər əmək bazarında daha uğurlu olur” – Məzahir Məmmədli

"Azərbaycanda qəbul qaydaları belədir ki, bakalavriat səviyyəsində hər kəs arzuladığı ixtisası seçə bilmir. Magistraturada isə imkanlar nisbətən genişdir və ixtisasa daha yaxın seçim etmək mümkündür. Bakalavr dərəcəsi üçün isə kifayət qədər seçim imkanları yoxdur. Məsələn, bakalavr seçimində sənin balın müəyyən rol oynayır. Magistraturada isə balın uyğun olduğu ixtisasları seçmək imkanı yaranır. Lakin qaydalar magistratura seçimində də bakalavr ixtisasına uyğun istiqamət seçməyi tələb edir. Bu bir qədər şans yaradır və bakalavrdan sonra magistratura səviyyəsində arzuladığı ixtisasa yaxın sahəni seçmək mümkündür. Ümumiyyətlə, Azərbaycanda magistratura səviyyəsində seçim imkanları azdır və əmək bazarında da tələblər geniş deyil, sadəcə məhduddur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Xatırladaq ki, magistratura təhsili tələbələr üçün yeni bilik və bacarıqlar qazanmaq, həm də peşəkar sahədə irəliləmək imkanı yaradır. Bu mərhələ bakalavrda öyrəndiklərini praktik və ixtisaslaşmış səviyyəyə çıxarmaq üçün platformadır. Tələbələr bu mərhələdə seçim qarşısında qalırlar: ya artıq bildikləri sahədə dərinləşmək, ya da yeni istiqamətə yönələrək fərqli imkanlar əldə etmək.

Ekspert qeyd edib ki, magistraturaya maraq buna görə bir qədər azalıb.

Chosen
12
aznews.az

1Sources