EN

“Qarabağ”ın “Liverpul”la oyunöncəsi məşqindən – FOTOLAR

“Qarabağ” futbol komandası UEFA Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turunda “Liverpul” ilə keçiriləcək qarşılaşma ərəfəsində “Enfild” stadionunda oyunöncəsi məşqini keçirib.

"Unikal" xəbər verir ki, bu görüş Azərbaycan futbolu üçün böyük əhəmiyyət daşıyır. “Qarabağ”ın matçdan qələbə və ya heç-heçə ilə ayrılacağı təqdirdə, komanda növbəti pley-off mərhələsində iştirak hüququ qazanacaq.

Xatırladaq ki, Ağdam təmsilçisi bu mövsüm Avropa arenasında uğurlu çıxışı ilə diqqət çəkir. Komanda “Benfika”, “Kopenhagen” və Almaniyanın “Ayntraxt” klubları üzərində qələbə qazanıb, güclü rəqiblərlə qarşılaşmalarda rəqabətədavamlı oyun nümayiş etdirib.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

Chosen
85
50
unikal.az

10Sources