EN

"Reuters": ABŞ Venesuelanın neft sənayesinə qarşı sanksiyaları ləğv etməyi planlaşdırır

ABŞ Venesuelanın neft sənayesinə qarşı bəzi sanksiyaları dayandırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelanın neft sənayesinə tətbiq edilmiş bəzi sanksiyaların ləğvini nəzərdə tutan baş lisenziyanın dərci üzərində işləyir. Beləliklə, Vaşinqton ölkədə biznes qurmaq istəyən şirkətlərə istisnaların verilməsinə dair əvvəlki plandan imtina edəcək.

2018-ci ildə ABŞ sanksiyaları tətbiq edilənə qədər Venesuela neftinin böyük hissəsini ABŞ, Hindistan və Latın Amerikası ölkələrinə ixrac edirdi.

Tramp yanvarın 3-də ABŞ-nin Venesuelaya qarşı uğurlu və genişmiqyaslı zərbə endirdiyini bildirib. O qeyd edib ki, Bolivar Respublikasının Prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores ələ keçirilərək dövlət ərazisindən çıxarılıblar.

İki gün sonra - yanvarın 5-də Venesuela lideri və həyat yoldaşı ittihamların irəli sürülməsi üçün Nyu-Yorkda hakim qarşısına çıxarılıblar. Məhkəmədə o, günahsız olduğunu bəyan edib və hələ də ölkəsinin prezidenti olduğunu bildirib. ABŞ məhkəməsi Venesuelanın konsulluq əməkdaşlarının onlara baş çəkməsinə razılıq verib. Növbəti iclas martın 17-nə təyin edilib.

Chosen
15
far.az

1Sources