EN

NYT: Rusiya ilə Ukrayna müharibə başlayandan bəri təxminən 2 milyon hərbçisini itirib

Təxminən dörd illik Rusiya–Ukrayna müharibəsi ərzində hər iki tərəfin hərbi itkilərinin ümumi sayı 2 milyon nəfərə yaxın olub.

"Report"un "The New York Times" qəzetinə istinadən məlumatına görə, bu barədə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (SBAM) tədqiqatında qeyd olunub.

Hesablamalara görə, müharibə dövründə təxminən 1,8 milyon hərbçi öldürülüb, yaralanıb və ya itkin düşüb. Onlardan 1,2 milyonu rusiyalı, 600 mini isə ukraynalıdır.

Bildirilib ki, 2024-cü ilin yanvarından etibarən Rusiya Ukraynanın əlavə 1,5 % ərazisini ələ keçirib və hazırda ölkənin təxminən 20 %-ni nəzarətdə saxlayır.

Araşdırmada vurğulanıb ki, müharibə taktikasında hər iki tərəf dəyişikliklər edib. Havanın daim dronlarla izlənməsi səbəbindən Rusiya ağır zirehli texnikanın böyük miqyaslı daşınmasından qismən imtina edərək motosikllərlə və ya piyada hərəkət edən kiçik hərbi qruplara üstünlük verməyə başlayıb. Onlar dronlara daha az görünmək ümidi ilə Ukrayna mövqelərinə sızmağa çalışırlar. Ukrayna dron operatorları isə qar üzərindəki izləri və təkər izlərini təqib edərək rus əsgərlərini aşkarlamağa çalışırlar.

SBAM-in qiymətləndirməsinə görə, həlak olan rus hərbçilərinin sayı 325 min nəfərdir.

"İkinci Dünya müharibəsindən bəri heç bir böyük dövlət bu qədər itki verməyib", – deyə araşdırmada qeyd olunub. Yalnız 2025-ci ildə Rusiya ölən və yaralananlarla birlikdə təxminən 415 min hərbçisini itirib, bu isə ayda orta hesabla 35 min nəfərə bərabərdir.

SBAM-in hesablamalarına görə, Ukrayna ordusu müharibənin başlanğıcından bəri 100–140 min nəfər arasında itki verib.

Chosen
34
far.az

1Sources