EN

İspaniya 800 minədək miqranta leqal status vermək niyyətindədir

ain.az bildirir, Oxu.az portalına istinadən.

İspaniya hökuməti ölkədə icazəsiz işləyən və ya yaşayan yüz minlərlə miqranta leqal status vermək niyyətində olduğunu bəyan edib.

Oxu.Az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə sosial təminat və miqrasiya naziri Elma Sais bildirib.

Nazir qeyd edib ki, immiqrantlar leqallaşma üçün müraciətləri aprel ayından - müvafiq fərmanın qüvvəyə minəcəyi vaxtdan etibarən verməyə başlaya bilərlər.

İcazə 31 dekabr 2025-ci il tarixinədək İspaniyaya gəlmiş, ölkədə ən azı beş ay qalmış və məhkumluğu olmayan şəxslərə şamil ediləcək.

Müxtəlif hesablamalara görə, İspaniya hakimiyyətinin bu planlarından 500 000 - 800 000 miqrant yararlana bilər. Onların çoxu kənd təsərrüfatı, turizm və xidmət sektorunda çalışan Latın Amerikası və Afrika mənşəli şəxslərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
oxu.az

1Sources