BAKI, 28 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Kuba hökumətinin və ölkə iqtisadiyyatının çökməyə yaxın olduğunu bir daha iddia edib.
Teleqraf xəbər verir ki, ABŞ Prezidenti jurnalistlərlə söhbətində bildirib ki, Kuba tezliklə ciddi böhranla üzləşə bilər.
Onun sözlərinə görə, indiyədək Kuba hakimiyyəti Venesueladan maliyyə və neft dəstəyi alırdı, lakin bu mənbələr artıq mövcud deyil. Tramp qeyd edib ki, yaxın vaxtlarda Kubada baş verən proseslərin nəticələri aydın görünəcək.
ABŞ Prezidenti bu fikirləri Ayova ştatının Des-Moyn şəhərinə işgüzar səfəri zamanı səsləndirib. O, Venesuelada həyata keçirilmiş Amerika hərbi əməliyyatlarından sonra artıq bir neçə dəfə Kubadakı mövcud dövlət quruluşunun süquta uğraya biləcəyini bəyan edib.