EN

Qərbi Azərbaycan Xronikası: Ermənilərin addəyişmə terroruna məruz qalan toponimlər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Pəmbək mahalının qədim qalası Berdateğ" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Beybudabad, Berdateğ, Berdi Xaraba, Berdtəpə və Bekciqazlı toponimi haqqında söz açılır.

Bildirilir ki, XX əsrdə haylara Azərbaycan torpaqlarında dövlət qurulub və bundan sonra ermənilərin ərazi iddiaları genişlənib. Nəticədə Qərbi Azərbaycanın yerli əhalisi deportasiya edilib, soyqırımına məruz qalıb, toponimlərin adları dəyişdirilib.

Beybudabad - Zəngibasar mahalının Zəngibasar, sonralar Masis adlandırılan rayon ərazisində kənd olub. Bu kənd XIX əsrin əvvəllərində ləğv edilib və viran qoyulub.

Berdateğ - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonda qala adıdır. Xarabalığa çevrilmiş qalanın divarları indi də durur.

Berdi Xaraba - Göyçə mahalının Kəvər, sonralar Kamo adlandırılan rayonda kənd olub və xarabalığa çevrilib. XIX əsrin axırlarına kimi burada dini məbədin qalıqları qalıb.

Berdtəpə - Kərpibasar mahalının Əştərək, sonralar Aştarak adlandırılan rayonda qala adıdır.

Bekçiqazlı - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Kənddə tarixən yalnız azərbaycanlılar yaşayıb. Ermənilər bura 1823-1830-cu illərdə İrandan köçürülüblər.

Daha ətraflı videodan bilərsiniz:

Qərbi Azərbaycan Xronikası: Ermənilərin addəyişmə terroruna məruz qalan toponimlər
Chosen
65
3
far.az

4Sources