EN

Kurşavel kurortunda yanğın: 60 yanğınsöndürən cəlb olunub

BAKI, 28 yanvar. TELEQRAF

Fransanın məşhur Kurşavel dağ-xizək kurortunda yerləşən beşulduzlu hoteldə yanğın baş verib

Teleqraf xəbər verir ki, bu barədə Savoyya departamentinin prefekturası sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, yanvarın 27-si axşam saat 19:00 radələrində Kurşaveldə yerləşən “Hotel des Grandes Alpes”in mansard hissəsində yanğın qeydə alınıb.

Hazırda yanğının söndürülməsinə 60 yanğınsöndürən və 50 texnika cəlb olunub. Təhlükəsizlik məqsədilə təxminən 100 nəfər təxliyə edilib.

Qeyd olunur ki, hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Chosen
34
teleqraf.com

1Sources