EN

Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD

ABŞ Prezidenti Donald Trampın Venesuela və Qrenlandiyaya qarşı atdığı addımlar, iqtisadi qeyri-müəyyənliklər, geosiyasi risklər, dolların ucuzlaşması və davam edən müharibələr qiymətli metallarda yeni rekordlara səbəb olur.

Marja xəbər verir ki, bu gün qlobal bazarlarda 1 unsiya qızılın qiyməti5247,58 dollar səviyyəsini görərək rekord qırıb. Bakı vaxtı ilə saat 07:44-də qızıl 1% bahalaşma ilə 5229,69  dollara ticarət olunur.

Bu güclü bahalaşmanın əsas səbəbi “təhlükəsiz liman” aktivlərinə olan yüksək tələb və dolların uzunmüddətli zəif performansıdır. Belə şərait investorların risklərdən qaçaraq qızıl kimi əsaslı qiymətli metallara yönəlməsinə səbəb olur.

Digər qiymətli metallar da bahalaşır — misal üçün, gümüş və platin yenə də yaxın zamanlardakı rekord səviyyələrə yaxın qiymətlərdə ticarət olunub.

İş elanları AzVak.az-da

Qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklərin artması fonunda dolların dəyərinin zəifləməsi qızılın cazibəsini gücləndirib. Bu tendensiya, investorların təhlükəsiz liman aktivlərinə qarşı tələbatını artıraraq qiymətləri rekord səviyyələrə doğru itələyir.

Chosen
25
1
marja.az

2Sources