EN

Netanyahu: “Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verməcəyəm”

İsrail indi iki missiyaya diqqət yetirəcək: 7 oktyabr hücumlarından sonra girov götürülmüş sonuncu şəxsin cəsədinin qaytarılmasından bir gün sonra "HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın silahsızlaşdırılması".

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş  naziri Benyamin Netanyahu bildirib. B.Netanyahu qeyd edib: “ABŞ prezidenti Donald Trampa dediyim kimi , bu, ya asanlıqla, ya da çətin olacaq. Amma hər iki halda da biz uğur qazanacağıq".

O, bu iki missiya yerinə yetirilənə qədər viran qalmış Fələstin ərazisində hər hansı bir yenidənqurma işini istisna edib:

“Mən hələ də Qəzzanın yenidən qurulmasına demilitarizasiyadan əvvəl icazə veriləcəyi ilə bağlı iddiaları eşidirəm. Bu, baş verməyəcək".

B.Netanyahu, həmçinin Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəyini bir daha təsdiqləyib:

"Eşitdiyimə görə, iddialar var ki, mən Qəzzada Fələstin dövlətinin yaradılmasına icazə verəcəyəm. Bu, baş verməyib və olmayacaq. Əksinə dəfələrlə Fələstin dövlətinin yaradılmasının qarşısını almışam”.

Aydın Baxış

Chosen
64
bakivaxti.az

1Sources