Xırdalanda ölüm hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Məlumata görə, Qənbərov Rahib Xeyrulla oğlu yaşadığı ünvanda dəm qazından boğularaq ölüb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.