EN

Kriptovalyuta bazarının son göstəriciləri

Yazını böyüt
Yazını kiçilt

Yanvar ayının 28-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi artıb. Dünyanın ən bahalı kriptovalyutası son 24 saatda “CoinMarketCap” platformasında 0.63% bahalaşaraq 88 888 ABŞ dolları təşkil edib.

Hafta.az xəbər verir ki, son bir gündə "Ethereum"un qiymətində də artım müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 2.14% artaraq 2998 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.36%, BNB isə 1.74% bahalaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən ilin oktyabr ayında qeydə alınıb və qiyməti 126 min dolları ötüb.

Chosen
28
13
hafta.az

10Sources