Bakı.Trend:
Bakı, Sumqayıt şəhərlərində, bütövlükdə Abşeron yarımadasındainsanların gediş-gəlişini təmin edən mühüm yollardan biri dəAbşeron dairəvi dəmir yolu marşrutudur.
Trend xəbərverir ki, bu fikirləri AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayevbu gün “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmimasada çıxış edərkən deyib.
O bildirib ki, bu marşrut iki xətdən ibarətdir:Bakı–Xırdalan–Sumqayıt və Bakı–Pirşağı–Sumqayıt.
“Son illərdə marşrutun təkmilləşdirilməsi, eləcə də reys sayınınartırılması üzrə əhəmiyyətli tədbirlər görülüb. Dəmir yoluxidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rəqəmsallaşmatədbirləri həyata keçirilib, bilet satışı onlayn təşkil edilib,mobil tətbiq istifadəyə verilib, stansiya və dayanacaqlardamodernləşdirmə işləri görülüb”., - deyə Anar Rzayev vurğulayıb.
Qurum rəsmisi əlavə edib ki, Abşeron dairəvi dəmir yolu üzrəsərnişin sayı ötən il həftəiçi gündəlik 36 mindən təqribən 43 minəqədər artıb.:
“Bu da xidmət keyfiyyətinin artırılmasının, o cümlədən hərəkətcədvəlinin optimallaşdırılması və qatarla təhlükəsiz, rahat vəmaneəsiz səfərə üstünlük verilməsinin göstəricisidir”.