EN

Azərbaycanın bank sektorunun xalis mənfəəti 11 %-dən çox artıb

Azərbaycanın bank sektoru 2025-ci ildə 1 milyard 161,6 milyon manat xalis mənfəət əldə edib.

"Far.Az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 11,2 % çoxdur.

Ötən il bankların əməliyyat gəlirləri 6 milyard 971,1 milyon manat (əvvəlki ilə nisbətən 22,6 % çox), əməliyyat xərcləri 5 milyard 61,7 milyon manat (26,95 % çox), xüsusi ehtiyatlara ayırmaları 430,7 milyon manat (18,4 % çox), gözlənilməz xərcləri 0,2 milyon manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 316,8 milyon manat (7,65 % az) təşkil edib.

Chosen
33
far.az

1Sources