EN

Rusiya Ukraynada daha 690 hərbçisini itirib

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 690 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 236 min 570 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 22 artilleriya sistemini və 4 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Chosen
8
15
missiya.az

10Sources