
2026-ci il yanvar ayının 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 524.5 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 33.1 milyon manat azdır.
Qeyd edək ki, ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 16.8% və ya 75.4milyon manat artıb.