Metbuat.az xəbər verir ki, Kənanın xidmətində maraqlı olan klub rəhbərliyi onun üçün bütün imkanları səfərbər edib.Türk futbolçunun “Yuventus”la müqaviləsi 2029-cu ildə başa çatsa da, ona indidən yeni müqavilə təklif olunub. İtaliya mediasının yazdığına görə, “Yuventus” 21 yaşlı futbolçu ilə müqaviləni daha 2 il uzaqtmaq istəyir. Kənan Yıldızın 2029-cu ildən sonra alacağı maaş da bəlli olub. İtaliya klubu gənc futbolçuya ildə 6 milyon avro maaş ödəyəcək.
Qeyd edək ki, Kənan Yıldızın bazar dəyəri 75 milyon avrodur.