2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin yığımlarının (sığorta haqlarının) illik artım dinamikası açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bəzi şirkətlərin yığımlarında yüksək artım templəri müşahidə olunub.
Renkinqə "Meqa Həyat Sığorta" ASC başçılıq edir. Şirkətin yığımları ötən il 11 milyon 640 min manat olduğu halda, bu il 17 milyon 958 min manata yüksəlib. Nəticədə 54,3% və ya 6 milyon 318 min manat artım qeydə alınıb.
İkinci yerdə "Azərbaycan Sənaye Sığorta" ASC qərarlaşıb. Bu şirkətdə yığımlar 24 milyon 943 min manatdan 33 milyon 190 min manata çatıb. Artım 33,1% və ya 8 milyon 246 min manat təşkil edib.
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC üçüncü sırada yer alıb. Şirkətin topladığı sığorta haqları 90 milyon 939 min manatdan 112 milyon 492 min manata yüksəlib ki, bu da 23,7% və ya 21 milyon 553 min manat artım deməkdir.
Digər şirkətlər üzrə artım göstəriciləri aşağıdakı kimidir:
"Aqrar Sığorta" ASC-də yığımlar 14 milyon 80 min manatdan 17 milyon 300 min manata qalxıb. Burada 22,9% və ya 3 milyon 220 min manat artım baş verib.
"Qala Həyat" Sığorta Şirkəti ASC ötən il 25 milyon 677 min manat yığım əldə etdiyi halda, bu il rəqəm 30 milyon 848 min manata çatıb. Artım 20,1% və ya 5 milyon 171 min manat olub.
Mütləq ifadədə ən böyük artım "Paşa Həyat Sığorta" ASC-də qeydə alınıb. Yığımlar 594 milyon 399 min manatdan 679 milyon 750 min manata yüksəlib (14,4% və ya 85 milyon 351 min manat artım).
"Paşa Sığorta" ASC-də göstərici 317 milyon 560 min manatdan 355 milyon 163 min manata yüksəlib. Şirkət 11,8% və ya 37 milyon 603 min manat artım nümayiş etdirib.
"A-Qroup Sığorta Şirkəti" ASC-də yığımlar 18 milyon 717 min manatdan 20 milyon 738 min manata artıb. Bu da 10,8% və ya 2 milyon 21 min manat artım deməkdir.
Siyahını "Xalq Həyat" Sığorta Şirkəti ASC və "Xalq Sığorta" ASC tamamlayır. "Xalq Həyat"da yığımlar 11 milyon 366 min manatdan 11 milyon 963 min manata (5,3% artım), "Xalq Sığorta"da isə 24 milyon 699 min manatdan 25 milyon 410 min manata (2,9% artım) yüksəlib.