EN

14 yaşınadək olan şahidin dindirilməsi psixoloqun iştirakı ilə aparılacaq

Bakı. Trend:

Cinayət işlərində istintaq tədbirləri zamanı yetkinlik yaşınaçatmamış şahidin və zərər çəkmişin dindirilməsi zamanı psixoloquniştirakını tələb ediləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan MülkiProsessual və Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsibarədə qanun layihəsində öz əksini tapıb.

Bildirilib ki, “Uşaq hüquqları haqqında” qanun layihəsinəəsasən, uşaqlar barəsində icraat zamanı qanunla müəyyən edilmişqaydada uşağın işlə bağlı öz fikrini ifadə etmək hüququ var.

Uşağın fikrinin öyrənilməsi prosesi informativ, uşağa hörmətəsasında, təhlükəsiz və uşaq məsələləri sahəsində hazırlıqlımütəxəssis tərəfindən istiqamətləndirilən olmalıdır.

Bu yanaşma mülki və cinayət prosessual qanunvericilikdə bir sıradəyişikliklərin edilməsini zəruri edir.

Bu məqsədlə mülki işlərdə uşaqların fikri öyrənilərkən, cinayətişlərində istintaq tədbirləri zamanı yetkinlik yaşına çatmamışşahidin və zərər çəkmişin dindirilməsi, üzləşdirilmə, ifadələrininyerində yoxlanılması, istintaq eksperimenti, tədqiqat üçünnümunələrin götürülməsi zamanı digər şəxslərlə yanaşı psixoloquniştirakını tələb edən normaların müvafiq qanunvericiliyə əlavəolunması təklif edilir.

Chosen
36
4
az.trend.az

6Sources