EN

Çətin həyat şəraitində olan uşaqlar üçün bəzi xidmətlər ödənişsiz olacaq

Bakı. Trend:

Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinəödənişsiz sosial xidmətlər göstəriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaqməsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan “Uşaqhüquqları haqqında” qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, uşağın qanunla müəyyən edilmiş yaşayışminimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququolacaq.

Dövlət uşaqların sosial müdafiəsi məqsədilə ayrı-ayrıkateqoriyadan olan şəxslərə sosial yardım göstərəcək.

Çətin həyat şəraitində olan uşaqlara və onların ailələrinə“Sosial xidmət haqqında” Qanuna əsasən dövlət sosial xidmətmüəssisələrində və evlərdə zəmanət verilmiş həcmdə ödənişsiz sosialxidmətlər göstəriləcək.

Yerli özünüidarəetmə orqanları uşaqlara dövlət sosialtəminatından əlavə təminatlar nəzərdə tutan yerli sosial müdafiəproqramları həyata keçirəcəklər.

Qeyri-hökumət təşkilatları dövlət sifarişləri çərçivəsində və yaöz təşəbbüsləri və maliyyə vəsaitləri hesabına uşaqların sosialmüdafiəsi üzrə tədbirlər həyata keçirəcəklər.

Qüvvədə olan qanuna görə, uşağın Azərbaycan qanunvericiliyi iləmüəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan madditəminat almaq hüququ var. Dövlət uşaqlara birdəfəlik ödəmələr,aylıq müavinətlər, kompensasiyalar formasında sosial yardımlarverir. Ehtiyacı olan uşaqlara müvafiq icra hakimiyyəti orqanlarıəlavə yardım və imtiyazlar tətbiq edə bilər. Sosial yardımlaruşaqların mənafelərinə uyğun sərf olunmalıdır.

Məlumat üçün bildirək ki, “Sosial xidmət haqqında” Qanuna görə,şəxs (ailə) aşağıdakı əsaslardan azı biri olduqda çətin həyatşəraitində hesab edilir:

  • uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindənməhrum olması;
  • uşaqların əlilliyinin olması
Chosen
8
1
az.trend.az

2Sources