EN

Kişi qum üyüdən cihaza dəyib öldü

Qəbələdə kişi bədbəxt hadisə nəticəsində ölüb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, Aydınqışlaq kənd sakini 1979-cu il təvəllüdlü Səxavət İkram oğlu Abdullayev işlədiyi Qəbələ şəhərinin ərazisindəki qum-çınqıl karxanasında ehtiyatsızlıqdan qum üyüdən cihaza dəyərək xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş S.Abdullayev orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Chosen
56
2
bakivaxti.az

3Sources